Digər

Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşmək istəyir

Müasir dövrdə kəndir toxuma ilə məşğul olan çox az ailə tapılar. Çünki yeni texniki avadanlıqlar əl əməyini geridə qoyduğundan bu sənət unudulmaq üzrədir. İndi sizə bu işi yaşadan Göyçay sakinindən danışacağıq.

Bugun.tv xəbər verir ki, Göyçay sakini Əfqan Rəhimov Ginnesin Rekordlar Kitabına düşmək istəyir. Rayonun Çərəkə kəndində yaşayan 47 yaşlı bu şəxs heyvanlar üçün topladığı ot bağlamalarının üzərində olan iplərdən dünyanın ən uzun kəndirini toxuyur. Üç ildir ki, bu işə başladığını deyən müsahibimiz hər gün bir neçə saatını bu işə ayırmaqla artıq 1000 metrlik kəndir hörüb.

Bu iplər kənd təsərrüfatında işlətdiyim yonca kiplərinin ipləridir. Onları açıb heyvanlara verirəm. İplərindən  isə kəndir toxuyuram. Pandemiya vaxtı elə bunun ardını davam etdirdim. Bundan sonra da 10 000 metrə çatdırmaq qərarına gəlmişəm”.

Qəhramanımız missiyasını başa vurduqdan sonra ginnesin rekordlar kitabına müraciət etmək niyyətindədir. “Rekorda çatmaq üçün birinci növbədə səbir, sonra isə məqsəd lazımdır. Məqsəd də səbrin arxasında gizlənir. Hədəfim Ginnesin Rekordlar kitabına düşməkdir”.

Bugün TV

Oxşar xəbərlər

Ekspert: İran niyə uranın zənginləşdirilməsini azaltmağa hazırdır, amma ehtiyatları ölkədən çıxarmaq istəmir?

Aynur Camal

Dünyanın Ən Zəhərli Göbələyi Daha Təhkükəli Oldu

Aynur Camal

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu