Azərbaycanlı iş adamı Fərid Novruzi yeni bir layihəyə imza atıb. Belə ki, o dünyaca məşhur saat markası olan “Ulysse Nardin” və bu brendin Azərbaycandakı tərəfdaşı sayılan “İtaldizayn” şirkət ilə əməkdaşlığa başlayıb.
Bugun.tv xəbər verir ki, bu barədə Fərid Novruzi sosial media hesabındakı paylaşımında bildirib.
“Mən “Ulysse Nardin” brendinin Azərbaycanda səfiri olacam. Eyni zamanda, Mərkəzi və Cənubi Amerikada nəzərdə tutulan zirvə yürüşümdə bu marka mənə yoldaşlıq edəcək. Bu səbəbdən, səfərim üçün “Ulysse Nardin”in “Diver” modelini seçdim. Bu, aktiv həyat tərzi sevən insanlar üçün yaradılıb. Modelin tarix, xronoqraf və ikinci saat qurşağı kimi əlavə funksiyaları isə onu istənilən şəraitdə istifadə etməyə imkan yaradır”, – o qeyd edib.
