Baş xəbərDünya

Putin: Rusiya İslam ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək istəyir

Bugun.tv xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İslam dünyasının sürətlə inkişaf etdiyini, ticarət və maliyyə sahələrində nəzərəçarpacaq uğurlar əldə etdiklərini bildirib: “Rusiya bu ölkələrlə mümkün qədər geniş ticari və humanitar əməkdaşlığa açıqdır”.

Kreml Putinin Anadolu Agentliyinin (AA) Qlobal Kommunikasiya Partnyoru olduğu “Rusiya-İslam Dünyası: Kazan Forumu 2023”, Rusiya və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi nümayəndələrinə müraciətini açıqlayıb.

Forum çərçivəsində Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanın çoxlu sayda xarici qonağı qəbul edəcəyinə diqqət çəkən Putin, “Rusiya ənənəvi olaraq müsəlman dövlətləri ilə həm ikitərəfli, həm də Rusiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində müsəlman dövlətləri ilə sıx və etibarlı əlaqələr saxlayıb. Bunun üçün də İslam Əməkdaşlıq Təşkilatı var”-deyib.

Bu əlaqələrin tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslandığını bildirən Putin deyib:

“Bizi beynəlxalq hüquqa əsaslanan daha ədalətli, çoxqütblü dünya nizamına sadiqliyimiz birləşdirir. Bu gün İslam ölkələri sürətlə inkişaf edir, ticarət və maliyyə, innovasiyalar və tətbiqi tədqiqatlarda nəzərəçarpacaq nailiyyətlər əldə edirlər. Rusiya mümkün olan ən geniş kommersiyaya və onun təşkilatlarına açıqdır. Bu ölkələrlə humanitar əməkdaşlıq, qurulmuş əlaqələrimizi gücləndirmək, yeni tərəfdaşlar əldə etmək, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlığı təşviq etmək və yeni logistik zəncirlər yaratmaq istəyirik”.

Rusiya müsəlmanlarının da beynəlxalq əlaqələrə mühüm töhfələr verdiyini qeyd edən Putin, “Bu forum bunun inandırıcı sübutudur. Rusiya-İslam Dünyası Strateji Baxış Qrupu və Kazan Forumunun fəaliyyəti Rusiyanın işgüzar dairələri arasında qarşılıqlı əlaqəni daha da gücləndirəcək və beynəlxalq səviyyədə birgə layihələr üçün yeni imkanlar yaradacaq”- ifadələrdən istifadə etmişdir.

Qeyd edək ki, mayın 18-20-də Kazan Forumu keçiriləcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

40-dan çox məktəbdə təhsil dayandırıldı!

İntizar Əmirova

35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb – VİDEO

Bugün TV

Joseph Goebbelsin villası istəyən hər kəsə pulsuz veriləcək!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu