Baş xəbərDünya

Bəbir balaca uşağa hücum etdi

Maharaştra ştatının Pune şəhərində yaşayan 9 yaşlı uşaq evinin arxasındakı meşəlik ərazidə bəbirin hücumu nəticəsində həyatını itirib.Təhlükəli heyvanlara ev sahibliyi etdiyi üçün təhlükəli ölkələr sırasında olan Hindistanda yeni heyvan hücumu baş verib.

Maharaştra ştatının Pune şəhərinin Tejiwadi kəndində yaşayan 9 yaşlı uşaq gecə saatlarında evinin qarşısına oynamağa çıxıb.

Evinin arxasından gələn səsi eşidən oğlan maraqla meşəlik əraziyə yaxınlaşıb və orada gizlənən bəbirin hücumuna məruz qalıb.

Övladının itdiyini anlayan ailə meşəlik əraziyə yaxınlaşaraq kiçik oğlanın parça-parça olmuş, bəzi üzvlərindən məhrum olan cansız bədəni ilə qarşılaşıb.

Hindistan polisi vəziyyətlə bağlı açıqlamasında meşəlik ərazilərdən uzaq durmaq lazım olduğunu vurğulayıb.

Hindistan mətbuatında mart ayından bəri bölgədə bəbir hücumları nəticəsində daha 5 nəfərin öldüyü bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Polşaya keçən ukraynalıların sayı 14 milyonu ötüb

Kəmalə Sultan

16 vilayətdə zəhər tacirlərinə qarşı əməliyyat oldu: 99 nəfər saxlanıldı

Bugün TV

Dünyanın ən böyük akvariumu partlayıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu