Baş xəbərİdman

Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Bugun.tv xəbər verir ki, çempionatın üçüncü günündə gimnastlar fərdi proqramda mübarizə aparırlar.

Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edirlər. Çempionatın üçüncü günündə gimnastlar lent və gürzlərlə proqramlarını nümayiş etdirirlər.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

7,3 bal gücündə zəlzələ baş verdi

İntizar Əmirova

Keçən il İtaliyada 16 mindən çox yeraltı təkan qeydə alındı

İntizar Əmirova

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun əri istintaqa cəlb edildi – YENİLƏNİB

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu