Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondunun (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), BMT-nin Beynəlxalq Uşaq Fondunun (UNİCEF), Beynəlxalq Qızıl Xaç Komitəsinin və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin (ICMPD) Bakıdakı ofislərinin bağlanması qərara alınıb. Azərbaycan hökuməti bu təşkilatların Azərbaycandakı nümayəndəliklərinin bağlanması ilə bağlı BMTİP, UNFPA, UNHCR, UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi və ICMPD-yə rəsmi məktub göndərib.
Bildirilir ki, sözügedən qərar Azərbaycanın 1990-cı illərdəki kimi humanitar böhranlarla üzləşməyən və başqalarına kömək etmək iqtidarında olan ölkəyə çevrilməsi səbəbindən verilib.
Bildirilir ki, adıçəkilən qurumların əvvəllər məşğul olduqları problem və məsələlər artıq mövcud olmadığından Azərbaycanda fəaliyyət göstərməsinin əhəmiyyəti yoxdur.
Bu təşkilatların nümayəndələrinin 2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən Qarabağa getmək istəməməsi də qərarın verilməsində təsirli olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəsinin hazırda donor ölkə olduğunu və BMT-nin alt təşkilatları ilə əməkdaşlığının nəzərdən keçirildiyini açıqlayıb.
Bayramov BMT-nin müvafiq qurumlarının mərkəzi ofisləri ilə layihə əsasında əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Mənbə: TrtHaber