16 C
Baku
27 Oktyabr 2025, 10:10
Baş xəbərDünya

Bağlı sərhəd qapıları yenidən açılacaq

Bugun.tv xəbər verir ki, Şərqi Afrika ölkələrindən biri olan Keniya və Somali bağlı sərhəd qapılarını yenidən açmağa qərar verib.

Daxili işlər naziri Kithure Kindiki Keniyanın paytaxtı Nayrobidə somalili həmkarı Məhəmməd Əhməd Şeyx ilə görüşdən sonra açıqlamalar verib.

Kindiki bildirib ki, danışıqlardan sonra iki ölkə bağlanan sərhəd qapılarının yenidən açılmasına qərar verib.

Mandera, Lamu və Garissa sərhəd qapılarını 90 gün ərzində açmağı planlaşdırdıqlarını ifadə edən Kindiki, iki ölkə arasında əlaqələri inkişaf etdirməyi hədəflədiklərini vurğulayıb.

Kindiki, “İki ölkənin sərhəd icmalarının çox ortaq cəhətləri var. Sərhəd keçidlərində əlaqəni artırmalıyıq. 30 gün sonra Manderada, 60 gündə isə Lamuda ilk sərhəd qapısı açılacaq” deyib.

İki ölkə sərhəd qapılarını açaraq vətəndaşlarının dövriyyəsini asanlaşdırmağı, mal və xidmət ticarətini inkişaf etdirməyi hədəfləyir.

Somali 15 dekabr 2020-ci ildə qonşusu Keniya ilə bütün diplomatik əlaqələri kəsdi və onu daxili işlərinə qarışmaqda və ərazi bütövlüyünü pozmaqda ittiham etdi.

İki ölkə arasında münasibətlər Hind okeanında zəngin neft və qaz yataqları bölgəsində dəniz sərhədi mübahisəsindən sonra pisləşib.

Moqadişu hökuməti Keniyanı Somalinin bəzi əyalətlərində siyasi işlərə qarışmaqda ittiham edib.

Somali və Keniya uzun müddətdir yaşadıqları siyasi və diplomatik böhranları geridə qoyaraq, 2022-ci ilin iyulunda münasibətləri bərpa etmək qərarına gəliblər.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin soyqırımı ilə bağlı ABŞ-dan Türkiyəyə açıqlama: Bu, əlaqələrimizə xələl gətirməyəcək

Aynur Camal

Fabrikdə baş verən partlayışda yaralanan işçilərdən biri dünyasını dəyişdi

İntizar Əmirova

Zəngəzur Dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı? – Sorğu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu