Baş xəbərDünya

Bakı Forumu qlobal mənzil böhranı üçün yol xəritəsi kimi qiymətləndirildi

Azərbaycanın paytaxtı Bakı may ayında keçirilən 13-cü Ümumdünya Şəhər Forumundan (WUF13) sonra beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir. Al Jazeera Public Liberties & Human Rights Centre tərəfindən 4 iyun tarixində yayımlanan məqalədə forum qlobal mənzil böhranına qarşı mübarizədə mühüm platforma kimi qiymətləndirilib.

Məqalədə bildirilir ki, BMT-nin dəstəyi ilə təşkil olunan forumda 176 ölkədən 57 mindən çox nümayəndə iştirak edib. Bu göstərici tədbiri Ümumdünya Şəhər Forumunun tarixində ən böyük toplantıya çevirib.

Forum çərçivəsində qəbul edilən “Bakı Fəaliyyət Çağırışı” sənədi təhlükəsiz, dayanıqlı və əlçatan yaşayış məkanlarının yaradılmasına yönəlmiş beynəlxalq fəaliyyət planı kimi təqdim olunur.

Müəllif qeyd edir ki, dünyanın müxtəlif regionlarında mənzil çatışmazlığı və şəhərləşmə problemləri dərinləşdiyi bir vaxtda Bakı forumu hökumətləri, beynəlxalq təşkilatları və ekspertləri ortaq həll yolları ətrafında bir araya gətirib. Yazıda forumun əsas nəticəsinin qəbul olunan öhdəliklərin praktik addımlara çevrilməsinin vacibliyi olduğu vurğulanır.

Al Jazeera-nın qiymətləndirməsinə görə, Bakıdakı forum qlobal urbanizasiya və mənzil siyasəti sahəsində son illərin ən böyük beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

PFAS və mikroplastiklər içməli su üçün ciddi təhlükə yaradır

Aynur Camal

NASA: Yeraltı su sistemləri Böyük Kanyonun su dövranını izah edir

Aynur Camal

Albaniyada Cared Kuşnerlə əlaqələndirilən kurort layihəsinə qarşı kütləvi etiraz keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu