Sosial

Bakı növbəti dəfə genişmiqyaslı karyera formuna ev sahibliyi etdi

Dekabrın 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Karyera İnkişaf Forumu” baş tutub.

Bugün.tv xəbər verir ki, bu il ikincisi baş tutan  forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri, inkişaf mentorları iştirak edirlər.

Devizi “Gələcəyə hazır ol!” olan builki forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
Forumda açılış nitqi ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib:
“Əmək müqavilələrinin ümumi məşğulluqda payı, eyni zamanda ixtisaslı işçi qüvvəsinin sayı azdır. Azərbaycanda hər il əmək bazarına yüz minlərlə gənc daxil olur. Onların aktual peşələrə cəlbi önəmlidir. Yeni məşğulluq proqramları irəli sürülməlidir”

Əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyac olduğunu bildirən elm və təhsil naziri Emin Əmrullayev, işğaldan azad olunmuş ərazilərdə işləyəcək kadrlar yetişdirməyin vaxtı çatdığını xüsusi vurğuladı.

Forumun iştirakçılarından olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin karyera üzrə mütəxəssisi Əsmər Baxışova Bugün.tv-ə bildirdi ki:

“Fəaliyyətim tələbə və məzunların karyera planlamasına  və onların işlə təmin olunmasına yardım etməkdir. Ölkəmizdə bu cür forumların təşkili gənclərin inkişafına və irəlini görməsinə kömək edir. Forumda artıq ikinci dəfədir ki, iştirak edirəm. Burada  tövsiyə olunan fikirləri öz fəaliyyətimdə tətbiq edəcəm”.

Forumun gənclərimiz üçün vacibliyini vurğulayan Əsmər Baxışova bu cür tədbirlərin, əlaqələrin qurulması və məhsuldarlığın artırılması baxımından təqdirəlayiq olduğunu qeyd etdi.

Bugün TV

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsinin təbriki

Aynur Camal

DGK sədrinin müavini vəzifəsindən AZAD EDİLDİ

Şükufə Ramizqızı

İqlim dəyişikliyi ilə mübarizə üçün sərgi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu