Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin BMT-nin Etmad fondunun maliyyə dəstəyi “Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin dəstəyi ilə paytaxtda dəyirmi masa təşkil olunub.
Dəyirmi masanın açılışı layihə rəhbəri Məhluqə Rəhimovanın çıxışı ilə başlayıb. Onun slayd üzərində tərtib edilən xüsusi təqdimat maraqla qarşılanıb. QHT sədri əlilliyi olan qadınlara dəstək məqsədi ilə dövlət qurumları tərəfindən görülən işlər, problemlər, həlli yolları ilə bağlı ümumi məlumat verilib.
“Layihə rəhbəri Məhluqə Rəhimovanın çıxışının əsas istiqamətinin yer aldığı ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emosional zorakılığa son qoyulması gündəmdə xüsusi rolu olmalıdır. O çıxışında, əsasən onların dövlət xidmətlərinə çıxışı ilə bağlı vəziyyətə diqqət çəkib. Dövlət qurumlarının əməkdaşlarından ibarət və layihənin həyata keçirildiyi ərazilərdə əlilliyi olan qadın və qızların problemlərinə dəstək verilir. Layihə çərşivəsində son 6 ay ərzində həyata keçirilən tədbirlərin hesabatını açıqlayıb. Dəyirmi masada layihənin digər əməkdaşları da öz fəaliyyətləri ilə bağlı hesabatlarını təqdim ediblər”. Bu barədə jurnalistlərə “Əlil Qadınlar Cəmiyyəti”nin mətbuat xidmətinin rəhbəri Elnarə Dərziyeva məlumat verib.O, bildirib ki, dəyirmi masa iştirakçıları tərəfindən dövlət qrumlarının əməkdaşları sosial sahədə əldə edilən nəaliyyətlərdən, əlilliyi olan qız və qadınlara münasibətdən görüləcək işlər gündəmə gətirilib. Layihənin digər əməkdaşları öz hesabatlarını təqdim ediblər.
“Əlilliyi olan qız və qadınlara keçirilən seminarlar üzrə təlimçi İradə Rizazadə əlilliyi olan qadınlara keçirilən seminarların mahiyyətinə diqqət çəkib. Bölgələrdəki vəziyyətdə görülən işlərin nəticəsində irəliləyişlər və hələdə qalmaqda olan problemlərlə bağlı təqdimat edib.Yerli icmaların gördüyü və görə biləcəyi işlərin önəmini vurğulayıb. Təlimçi İradə Rizazadə bu sahədə araşdırmalara daha çox üstünlük verilməsinə diqqət çəkib”, – deyə, E. Dərziyeva əlavə edib.Ümumilikdə, layihənin əməkdaşları Günel İbrahim təlimlərdə dövlət qurumlarının iştirakçılığının davamiyyətinin müsbət nəticələrini göstəricilərlə, bu sahədə irəliləyişlər, aparılan manitorinq işlərinin nəticələri, mətbuat xidmətinin rəhbəri Elnarə Dərziyeva KİV-də məlumatların genişləndirilməsi, görülən işlərlə bağlı hesabatlarını təqdim edib, problemləri gündəmə gətiriblər.
Dəyirmi masa digər iştirakçıların çıxışları ilə davam etdirilib, maraqlı müzakirələrə səbəb olub.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Dəyirmi masada 36 nəfər iştirak edib.