Baş xəbər

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət etdi

Bu barədə Bugun.tv-yə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O, bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək. “Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlməyə üstünlük versinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilərdən isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamamağı xahiş edirik”, – A.Əsgərli deyib.

Bugün TV

Oxşar xəbərlər

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Aynur Camal

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu