Baş xəbər

Avropa İttifaqı ən çox dezinformasiyanın “X”da yayıldığını bəyan etdi

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ), “X” sosial media platformasının çox saylı dezinformasiya yaydığını bildirib.

Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Vera Jourova Brüsseldə böyük onlayn platformaların dezinformasiyaya qarşı könüllü təcrübə qaydaları çərçivəsində öhdəlikləri ilə bağlı təqdim etdikləri hesabatlarla bağlı mətbuat konfransı keçirib.

AB-nin dezinformasiyaya qarşı hazırladığı qaydaları ehtiva edən tətbiq kodunun Facebook, Google, YouTube, TikTok və LinkedIn daxil olmaqla 44 platforma tərəfindən qəbul edildiyinə diqqət çəkən Jourova, platformaların onlayn dezinformasiya ilə mübarizə səyləri ilə bağlı 6 ayı əhatə edən məlumatları bildirdiklərini açıqlayıb.

Jourova, platformaların Aİ-nin dezinformasiya qaydalarını tətbiq etmək üçün gördüyü işlərdən xəbərdar olduğunu və bu səyləri yüksək qiymətləndirdiyini bildirib.

Bugün TV

Oxşar xəbərlər

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Aynur Camal

Azərbaycan–İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli — Cavanşir Feyziyev yazır

Aynur Camal

NASA peyki: Mexiko şəhəri ayda 2 santimetrədək çökür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu