6 C
Baku
27 Fevral 2026, 3:01
Səhiyyə

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi baş tutdu

Bugun.tv -xəbər verir ki, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil olunan “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi olub.

“Kardioloq və kardiocərrahların iştirakı ilə keçirilən tədbirdə ürək-damar cərrahiyyəsi sahəsindəki ən son elmi yeniliklər, təcrübələr və müasir yanaşmalar müzakirə olunub. Həmçinin Maraqlı çıxışlar və elmi müzakirələrlə zəngin konqres həyata keçirilib”.

Bu barədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdiyeva bildirib.

“Konqres çərçivəsində Türkiyənin ürək transplantasiyası sahəsində ilk qadın həkimi olan Prof. Dr. Serap Aykut Aka ilə görüşmək də çox xoş oldu. Konfransa dəvətə görə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri, professor Kamran Musayevə təşəkkürümü bildirirəm. Konqres iştirakçılarına uğurlar arzu edir, belə möhtəşəm elmi tədbirlərin davamlı olmasını arzu edirəm” deyə Abdiyeva vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi? İnsan bədənində qan damarlarının uzunluğu Yer kürəsini iki dəfə əhatə edir

Aynur Camal

Uzunömürlülərin qanında “gənclik zülalları” aşkar edilib

Aynur Camal

Kosmetoloq açıqladı: İnsanlar niyə üzün hiperkorreksiyasından imtina edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu