26 C
Baku
29 İyul 2025, 3:05
Kriminal

Bakıda 38 yaşlı kişi bıçaqlandı

Hadisə saat 04 radələrində paytaxtın Nizami rayonu, “Nazlı” şadlıq sarayının yaxınlığında  qeydə alınıb.

Belə ki, 38 yaşlı Alim Mehdiyev  Zaur adlı şəxslə mübahisə edib. Daha sonra Zaur ona bir neçə bıçaq xəsarəti yetirib.

Hadisəylə bağlı Daxili İşlər Nazirliyinin  (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevlə əlaqə saxladıq. O, Bugun.tv-yə bildirdi ki, əməli törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə tədbirlər görülür.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Qətl törədən şəxs tanınmış məşqçinin oğludur – YENİLƏNİB

Nigar Məmmədova

Dəyəri 3 min manat olan 22 ədəd metal tor oğurlayan şəxs saxlanıldı

Nigar Məmmədova

Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu