Kriminal

Bakıda 7 yaşlı uşaq bıçaqlanıb

Polis Bakıda 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Bugun.tv-yə verilən məlumata görə, hadisə ilə bağlı müvafiq polis bölməsi tərəfindən araşdrıma aparılır. Daxil olan məlumat üzrə ilkin əməliyyat axtarış tədbirləri həyata keçirilir. Hadisə Qanbay Vəzirov küçəsində dilənçilik və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə qeydə alınıb. Bıçaqlanan 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Artur oğlu Yevlax rayon sakinidir.

***

22.32

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bugun.tv xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Vüqar və Elnur Məmmədovlar həbs olundu

Nigar Məmmədova

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Kəmalə Sultan

Gəncədə vətəndaşda saxta pul əsginası aşkarlandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu