Bugun.tv xəbər verir ki, Hindistanın Azərbaycandakı Səfirliyi ölkə kinosunun müxtəlifliyinə həsr olunan “Bharat Filmotsav” film nümayişləri çərçivəsində “Disko Rəqqası” filmini təqdim edəcək.
Tədbir çərçivəsində iştirakçılara Hindistan mətbəxinə aid ikramların da təqdim olunacağı bildirilib.
Nümayişdə iştirak etmək istəyən şəxslər afişada yerləşdirilən QR kodu skan etməklə 9 oktyabr saat 10:00-dək qeydiyyatdan keçə bilərlər.
Tədbir Hindistan kinosunun müxtəlif janr və nümunələrini Azərbaycanda tamaşaçılara təqdim etmək məqsədi daşıyır.
Qeyd edək ki, filmin nümayişi 9 oktyabr 2026-cı il, saat 18:00-da Hindistanın Azərbaycandakı Səfirliyində keçiriləcək. Tədbir Bakı şəhəri, Olimpiya küçəsi 6A ünvanında nəzərdə tutulub.
