Baş xəbərMədəniyyət

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Bugun.tv– xəbər verir ki, bu gün İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib.

Tədbir ilk öncə İctimai birliyin nəzdində fəaliyyətə başlayan “Zəfər yurdu” ansamblının xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən tədbirin moderatoru, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, şair-publisist, Beynəlxalq Alaş Ədəbiyyatı mükafatçısı Əkbər Qoşalı İctimai birliyə rəsmi fəaliyyət göstərməsi münasibətilə uğurlar arzulayıb, kollektivi təbrik edib.

İctimai birliyin mədəniyyətin və incəsənətin bütün sahələrində inkişafına dəstək göstərməyi qarşısına məqsəd qoyan birliyin təsisçisi və sədri Turanə Orucova qonaqları salamladıqdan sonra qarşıda duran vəzifələrdən və gələcəkdə görülən işlərdən danışıb.

Təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatları: Vasif Qafarov, Aydın Mirzəzadə, Azərbaycanın Xalq artisti Hacı İsmayılov, Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri Şahin Qədirov, İrəvan Ansablının rəhbəri Maya Qafarova, Qərbi Azərbaycan icmasının Nizami rayon təşkilatının sədri Xəqani Cəfərov, Aydınlar Ocağı Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin sədri Vüqar Qədirov və digər çıxış edən natiqlər ictimai birliyin kollektivini təbrik etdilər və fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə KİV və QHT nümayəndələri və digər rəsmi şəxslər də iştirak edirdilər.

 

Tədbirin sonunda “Zəfər yurdu ansamblı”nın kollektivi vətənpərvərlik ruhunda ifa etdikləri musiqilərlə qonaqların zövqünü oxşadı.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Vüqar Bayramov: Azərbaycan yaxın illərdə qaz ixracını kəskin artıra bilər

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Oruc tutan şəxs yalan danışmamalıdır

Aynur Camal

Ortahisar Cittaslow şəbəkəsinə qoşuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu