Baş xəbərKriminal

Bakıda iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanıldı-VİDEO

“Mobil” şərti adı altında Bakıda narkotik vasitələrin satışını təşkil edən iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsi və ərazi polis şöbə bölmələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Mobil” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin “Mobil” adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Bu gündən istehsalı 2013-cü ilədək olan avtomobillərin Gürcüstana idxalı qadağan edildi

Elnarə Dərziyeva

Qəzzəyə hücumlar davam edir: 19 şəhid

Aynur Camal

Yağan güclü yağışlar böyük maddi ziyana səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu