25 C
Baku
27 İyul 2024, 4:44
Baş xəbərKriminal

Bakıda körpəsini həyətə tullayan şəxsə AĞIR CƏZA

Bakıda bir yaşlı oğluna ağır xəsarət yetirməkdə təqsirləndirilən Samir Ağakərimova hökm oxunub və o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bugun.tv xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Ağakərimov bir yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirildi

Aynur Camal

Ərdoğan: “Yunanıstan nə siyasi, iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabərdir”

Aynur Camal

Son dəqiqə: Nyu Yorkda Türkevinə hücum

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu