10 C
Baku
22 Dekabr 2024, 22:45
Digər

Bakıda mənzillərin kirayəsi niyə bahalaşıb? –ARAŞDIRMA

Bakıda mənzillərin kirayə qiymətləri artıb. Bu artımın səbəbi nədir? Bahalaşma nə qədər davam edəcək?
Bugun.tv-nin araşdırmasına görə, Türkiyədə baş verən zəlzələdən sonra oradan ölkəmizə 9 minə yaxın insan gəlib. Bu da Bakıda kirayə mənzillərin qiymətinin artmasına şərait yaradıb. Bahalaşma paytaxtın mərkəzi ərazilərində daha çox hiss olunur.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, yaxın 10 ildə kirayə üçün ucuz mənzil tapmaq asan olmayacaq. “Köhnə tikili binalarda ötən ilə qədər 1 otaqlı kirayə mənzil təqribi 300 manatdan başlayırdısa, hazırda bu qiymətlər 350-400 manat arası dəyişir. 2 otaqlı kirayə köhnə tikili binalarda 350-400 manata tapmaq mümkün idisə, indi bu qiymətlər 400-500 manata, 3 otaqlı mənzillər isə daha baha qiymətə təklif olunur. Yeni tikili binalarda isə mərkəzə doğru 1 otaqlı mənzilin kirayə qiyməti 500, 2 otaqlılarda isə 600-700 manatadan başlayır. 3 otaqlılarda isə təqribən 800 manatdan 1500-2000 manat arası dəyişir”.
Ekspert deyir ki, bahalaşmaya təsir edən başqa amillər də var. Bakıda köhnə 5 mərtəbəli binalarının sökülməsi də bu prosesə təkan verir. Çünki evləri sökülən vətəndaşlar müvəqqəti olaraq kirayə mənzillərdə yaşayırlar. “Hər sökülən binanın yerində yenisi inşa olunduğu zaman yüksəkmərtəbəli evlərdə kirayə mənzil qiymətləri köhnə tikili binalardan 2 dəfəyə qədər baha təklif olunur. Onların kommunal xərci üzərinə gəldikdə bu da böyük faiz dərəcəsi edir. Avropa ölkələrində bələdiyyələr idarəetməni öz üzərinə götürüb. Bütün şəhərlərdə, qəsəbələrdə bələdiyə mənzilləri var. Həmin ərazidə yaşayan aztəminatlı ailələr müraciət edərək həmin evlərində qalırlar. Hansı ki, bələdiyə evlərində kirayə pulları deyil, yalnız komunal xərclər və binanın saxlanılma xərcləri vətəndaşdan alınır”.
Bundan başqa mənzillərin ümumi dəyəri artdığından kirayə evlərə tələbat da artıb. Bu da qiymətlərin yüksəlməsinə təsir göstərən əsas faktorlardandır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə “İçərişəhər” stansiyasında retro vaqonlar nümayiş etdirilir – FOTOREPORTAJ

Nigar Məmmədova

Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir

Kəmalə Sultan

Gənclərin karyerada özünüifadə bacarıqları inkişaf etdirilir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu