34 C
Baku
27 İyul 2025, 16:32
HadisəKriminal

Bakıda mənzildən 80 min manatlıq oğurluq edildi

Daxili İşlər Nazirliyindən Bugun.tv-yə verilən məlumatda bildirilir ki, yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polisin əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim edib.

O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yük maşını aşdı, 25 ton enerji içkisi yola səpələndi

Kəmalə Sultan

Avtosalonda yanğın baş verdi : 6 avtomobilə ziyan dəydi

Bugün TV

Şaxtada yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu