14 C
Baku
28 Mart 2024, 17:43
Baş xəbərDünya

Ukrayna bölgələrinə yeni raket zərbələri gözlənilir

Xarici Xəbərlər. 

 Rusiya aviasiyası Ukrayna bölgələrinə yeni zərbələr endirmək üçün təlim keçir.

“Rusiya Ukraynaya qarşı növbəti kütləvi zərbəyə hazırlaşır, bunu işğalçıların aviasiya ekipajlarının hazırlığı sübut edir”- bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski  müsahibəsində bildirib.

O, işğalçıların kütləvi hücumunun nə vaxta gözləniləcəyi üçün dəqiq tarix göstərməsə də, bunun 9-10 yanvardan da tez baş verə biləcəyini etiraf edib.

“Bu, onların nə qədər raketdən istifadə edəcəyindən, bu günə nə qədər hazır olmasından asılı olacaq. Biz görürük ki, aviasiya indi məşq edir, bir aerodromdan digərinə uçur, ekipajların son sutka ərzində zərbələr endirmək üzrə təlimi var. Beləliklə, Növbəti hücum üçün hazırlıq prosesi davam edir” – deyib. Skibitski onu da əlavə edib ki, ruslar hava şəraitini də nəzərə alırlar. “İndi hava Kiyevdə daha yüksək dəqiqlikli silahlardan istifadə üçün normaldır və qarşı tərəf qaranlıqda raket silahları ilə təlim edirlər”.

Qeyd edək ki, Rusiya ordusu dekabrın 29-dan yanvarın 1-dək Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya gecə vaxtı həyata keçirdiyi hücumlarla Ukraynanın hava hücumundan müdafiəsini məhv etməyə çalışır.

Xatırladaq ki, Ukrayna kəşfiyyatı Rusiyanın raketlərinin tükəndiyini bəyan edib.

Mənbə: unian.net

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə taxıl müqaviləsi çərçivəsində 25 milyon metrik ton taxıl ixrac edib

Nigar Məmmədova

Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlandı

Kəmalə Sultan

Təsərrüfat maşını yıxıldı: 5 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu