7 C
Baku
26 Dekabr 2025, 21:18
Baş xəbərSosial

Bakıda “Ortez & Protez” Elmi-Praktiki Seminarı keçirildi

Bugun.tv xəbər verir ki, 21 dekabr 2025-ci il tarixində Bakı şəhərində, Wyndham Garden Baku otelində “Ortez & Protez Elmi-Praktiki Seminarı” təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, açılış nitqi Zülfiyyə Əliyeva tərəfindən səsləndirilib.

Seminarın əsas məqsədi ortopediya, travmatologiya və reabilitasiya sahəsində mövcud yeniliklərin mütəxəssislərlə paylaşılması, eləcə də praktik biliklərin artırılmasına töhfə vermək olub. Tədbirdə ölkənin tanınmış ortoped-travmatoloqları, cərrahlar, fizioterapevtlər və səhiyyə sahəsinin digər peşəkarları iştirak ediblər.

Proqrama uyğun olaraq rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi təqdim olunub. Bədii hissənin təşkilinə Azərbaycan Mədəniyyəti sosial platforması tərəfindən dəstək göstərilib.

Musiqi nömrələri Rəqsanə Əsədova və Səbinə Abbasova tərəfindən ifa olunaraq iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirin ümumi ab-havasına xüsusi rəng qatıb.

Daha sonra sahə üzrə ixtisaslaşmış mütəxəssislərin çıxışları dinlənilib, müasir ortoped texnologiyaları mövzusunda geniş təqdimatlar keçirilib. Çıxışlar interaktiv müzakirələrlə müşayiət olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə fotoları çəkilib və seminar coffee break ilə yekunlaşıb.

Aynur Camal

Oxşar xəbərlər

“Təhsildə incəsənət” layihəsinin ilk tədbiri keçirildi – şagirdlər üçün yeni yaradıcı imkanlar

Aynur Camal

Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib

Aynur Camal

“Azərbaycan üzərindən Ermənistana yeni buğda tranziti”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu