Dünya

Şveysariya məhkəməsi İndoneziyalı ada sakinlərinin iqlim iddiasını qəbul etdi

Şveysariyanın Zug kanton məhkəməsi İndoneziyanın Pari adasında yaşayan dörd sakinin beynəlxalq sement nəhəngi Holcim şirkətinə qarşı qaldırdığı iqlim iddiasını icraata götürüb.

Ada sakinləri şirkətin yüksək karbon emissiyalarının dəniz səviyyəsinin qalxmasına səbəb olduğunu və bunun onların evlərinə, torpaqlarına və dolanışığına ciddi ziyan vurduğunu bildirirlər.

İddiaçılar Holcim-dən istixana qazı emissiyalarını elmi hədəflərə uyğun şəkildə azaltmağı və iqlim dəyişikliyinin vurduğu zərərin kompensasiya olunmasını tələb edirlər. Şirkət isə məsuliyyəti qəbul etmədiyini və qlobal iqlim dəyişikliyinin tək bir müəssisə ilə əlaqələndirilə bilməyəcəyini bəyan edib.

Bu iş İsveçrədə böyük korporasiyaya qarşı açılmış ilk iqlim məhkəmə işlərindən biri hesab olunur və beynəlxalq miqyasda şirkətlərin ekoloji məsuliyyətinə dair presedent yarada biləcəyi vurğulanır.

Mənbə: Reuters.Com

Aynur Camal

Oxşar xəbərlər

BMT: Dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətindədir

Aynur Camal

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu