Baş xəbər

Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə 20-23 iyul tarixlərində ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək.

Bugun.tv xəbər verir ki, bu münasibətlə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gələcək.

İyulun 20-i saat 19:00-da Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi keçiriləcək. Mərasimdə “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunacaq.

Kinosevərlər iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər.

İyulun 23-də, sonuncu gün saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi göstəriləcək. Seanslara giriş sərbəstdir.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da Florida Dövlət Universitetində silahlı hücum!- VİDEO

Aynur Camal

Traktor aşdı: 16 yaralı var

Bugün TV

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu