25 C
Baku
27 İyul 2024, 4:44
Baş xəbərKriminal

Bakıda qətl hadisəsi baş verib.

Bu gün təxminən saat 08:00 radələrində Bakıda qətl hadisəsi baş verib.

Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabuncu rayon polis idarəsindən mətbuata verilən məlumata görə, aparılan araşdırma nəticəsində 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Ağsuda narkokuryerlik edən qohumlar tutuldu

Kəmalə Sultan

Trans-Baykal dəmir yolunda 30-a yaxın yük vaqonu relsdən çıxdı

İntizar Əmirova

Bankomatdan pul çıxaran 62 yaşlı qadına qarşı quldurluq edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu