10 C
Baku
30 Mart 2026, 11:10
Digər

Bakıda “Sevgi və Sülh” Yoqa Festivalı keçirildi

Bugun.tv xəbər verir ki, Bakı şəhərində yerləşən Sea Breeze Resort ərazisində “Sevgi və Sülh” adlı X Yoqa Festivalı keçirilib.

Artıq ənənə halını alan festival bu il də böyük maraqla qarşılanıb. Tədbirdə 200-dən artıq yoqa həvəskarı iştirak edib. Gün ərzində müxtəlif yoqa praktikaları, meditasiya sessiyaları və sağlam həyat tərzini təşviq edən proqramlar təqdim olunub. Festivalın əsas məqsədi iştirakçılar arasında daxili harmoniya, sevgi və sülh dəyərlərini təşviq etmək olub.

Festival çərçivəsində Ümid Yeri Uşaq Sığınacağı tərəfindən hazırlanmış əl işlərindən ibarət xeyriyyə sərgisi də təşkil edilib. Sərgidə nümayiş olunan məhsullar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Eyni zamanda, tədbirdə media nümayəndələri də iştirak edərək festivalı işıqlandırıblar. Tanınmış yoqa təlimçisi İlhamə Şirinova jurnalistlərə açıqlamasında bildirib ki, bu cür tədbirlər cəmiyyətdə sağlam həyat tərzinin təbliği və insanların mənəvi inkişafı baxımından mühüm rol oynayır.

Onun sözlərinə görə, “Sevgi və Sülh” festivalı artıq sadəcə bir tədbir deyil, insanların bir araya gələrək müsbət enerji paylaşdığı xüsusi bir platformaya çevrilib.

Aynur Camal

Oxşar xəbərlər

Dünya meydanlarında etiraz dalğası: ABŞ, İsrail və İranda kütləvi aksiyalar

Aynur Camal

Bilirdinizmi? Dünyanın ən qədim universitetlərindən biri 9-cu əsrdə qadın tərəfindən yaradılıb

Aynur Camal

İran müharibəsi bir ayını tamamladı: qlobal enerji və təhlükəsizlik böhranı dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu