Dünya

Banan yeşikləri arasında yarım tondan çox kokain aşkarlandı

Bugun.tv xəbər verir ki, Macarıstan polisi Ekvadordan göndərilən banan konteynerlərində gizlədilmiş 522 kiloqram kokain aşkarlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu, ölkə tarixində bir əməliyyat çərçivəsində ələ keçirilən ən böyük narkotik partiyasıdır.

Məlumata əsasən, yük əvvəlcə Almaniyaya çatdırılıb, daha sonra Macarıstana göndərilib. Budapeştdə aparılan yoxlamalar zamanı təxminən 7 min qutu banan arasında plastik bağlamalara bükülmüş yüzlərlə paket kokain tapılıb.

Macarıstan Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Mate Çuporun sözlərinə görə, müsadirə olunan narkotikin qara bazardakı dəyəri 42,3 milyon avro təşkil edir. Sonrakı araşdırmalar zamanı Rumıniyadan geri qaytarılan başqa bir konteynerdə əlavə 72 kiloqram kokain də aşkarlanıb.

Polis əməliyyatının Almaniya, Çexiya və Slovakiya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirildiyi bildirilib. İstintaq davam edir və qaçaqmalçılığın arxasında Cənubi Amerika mənşəli cinayətkar qruplaşmaların dayandığı ehtimal olunur.

Macarıstan rəsmiləri həmçinin narkotik qaçaqmalçılığı ilə mübarizədə süni intellekt texnologiyalarından istifadə edildiyini açıqlayıblar.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Putin: Türkiyə xarici siyasət və iqtisadiyyat sahəsində Rusiyanın əsas tərəfdaşlarından biridir

Aynur Camal

Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mesaj: Dövlətlərarası əlaqə kanalları üzərində işləyirik

Aynur Camal

BepiColombo Merkuri səfərinin son mərhələsinə daxil oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu