30.6 C
Baku
10 Avqust 2026, 11:34
Yanğınsöndürənlər
Dünya

Bar yanğını ilə bağlı məhkəmə qərarı diplomatik gərginlik yaratdı

İsveçrənin Valais kantonunda yerləşən Crans-Montana xizək kurortunda Yeni il gecəsi baş verən və 40 nəfərin ölümü ilə nəticələnən bar yanğını üzrə məhkəmə prosesi İsveçrə ilə İtaliya arasında diplomatik gərginliyə səbəb olub.

Yanğınla bağlı istintaq çərçivəsində barın ortaqlarından olan sahibkar Jak Morettinin 200 min İsveçrə frankı girov qarşılığında azadlığa buraxılması İtaliya hökumətinin sərt reaksiyasına yol açıb. Roma hadisədə həlak olanlar arasında İtaliya vətəndaşlarının da olduğunu bildirərək qərarı qəbuledilməz sayıb.

İtaliya hökuməti bu qərardan sonra Bernə akkreditə olunmuş səfirini Romaya geri çağırıb və onun yenidən İsveçrəyə qayıdışını iki şərtə bağlayıb: məhkəmə orqanları arasında effektiv əməkdaşlığın qurulması və birgə istintaq qrupunun yaradılması.

İsveçrə Federal Parlamentosunda isə bu addımlar narazılıqla qarşılanıb. Deputatlar İtaliyanın məhkəmə prosesinə siyasi təzyiq göstərdiyini bildirərək, İsveçrədə məhkəmə hakimiyyətinin müstəqil olduğunu vurğulayıblar.

İsveçrə Ədliyyə Nazirliyi birgə istintaq qrupunun yaradılmasının hüquqi baxımdan mümkün olduğunu açıqlasa da, prosesin Valais kantonunun səlahiyyətində qaldığını qeyd edib. Hər iki tərəf diplomatik münasibətlərin normal şəkildə davam edəcəyini bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

İran Hormuz boğazının açılmasını ABŞ-dan güzəştlərə bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu