Baş xəbər

Barış Akarsu pərəstişkarlarından gözlənilməz addım

 Barış Akarsu pərəstişkarları maraqlı addım atıb. Bugün.tv-ə daxil olan məlumata əsasən, Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema-da iki gənc Barış Akarsunun xatirəsini yad etmək üçün, bir saat ərzində onun mahnılarını ifa ediblər. Bu addım insanlar tərəfindən böyük marağ və rəğbətlə qarşılanıb. Bundan əlavə onların ifaları zamanı türk ulduzunun balaca dinləyicisi də onlara qoşulub. Nəticədə isə marağlı anlar qeydə alınıb.

Nəzərinizə çatdıraq ki, 17 noyabrdan etibarən tamaşaçılara Park Cinema kinoteatrlarında “Barış Akarsu Merhaba” filmi təqdim olunub. Filmdə türk musiqi tarixinin əfsanəvi rokçusu Barış Akarsunun həyatı haqqında bəhs edilir. Filmi izləmək istəyənlər biletləri www.parkcinema.az saytına keçid edərək əldə edə bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu