12 C
Baku
28 Mart 2026, 10:49
Baş xəbərDünya

Barmaq izindən xərçəng xəstəliyini erkən aşkarlayan yeni test hazırlandı

Erkən diaqnoz xərçənglə mübarizədə insan həyatını xilas edir. İngiltərədə tədqiqatçılar barmaq izlərindən süd vəzisi xərçəngini erkən aşkar edə bilən yeni test hazırlayıblar.

Bugun.tv xəbər verir ki, Şeffild Hallam Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan test işə yarayarsa, ilkin diaqnoz üçün mammoqrafiyanı əvəz edə bilər.

Test xüsusi cihaza barmaq izinin verilməsi ilə işləyir və bu, bir neçə saniyə ərzində baş verir. Həkimlər vurğulayır ki, xərçəng hüceyrələrindən yayılan zülalları aşkar etməklə süd vəzi xərçənginin diaqnozu erkən qoyula bilər.

Mütəxəssislər son dərəcə sadə və konkret bir testin xəstələrin həyatını daha da asanlaşdıracağını bildirirlər. Son 15 ildir ki, inkişaf mərhələsində olan sistemin sınaqları davam edir. Diqqətə çatdırılır ki, texnologiyada istifadə olunan cihazlarla barmaq izi sahibinin narkotik maddə istifadə edib-etmədiyini də anlamaq mümkündür.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu