31 C
Baku
24 Sentyabr 2026, 20:17
Baş xəbərDünya

Misirin Əl-Bəhnas şəhərində ilk dəfə olaraq 20-dən çox mumiya aşkarlandı

İspan arxeoloqları ilk dəfə Misirin Əl-Bəhnas şəhərində qızıl və rəngli cənazə maskaları olan mumiya şəklində təxminən iki minillik məzarlar aşkar ediblər.

Bugun.tv TASS-a istinadla xəbər verir ki, bu barədə “Səda əl-Balad” informasiya portalı məlumat yayıb.

Məlumata görə, ptolemeylər sülaləsinin (e.ə. 305-30-cu illər) və Misir üzərində Roma hakimiyyəti dövründə dəfn edilmiş 23 mumiya aşkar edilib. Məzarlar Əl-Bəhnas şəhərinin yuxarı qəbiristanlığının şərq hissəsində aşkarlanıb. Ərazidə qazılmış və daşla örtülmüş quyuda ölüləri dəfn etmək üçün otaqlar vardır. Bu otaqların birində sarkofaqlar (qədim xalqlarda daş tabut), o cümlədən insan şəklində olanlar, digərində isə mumiyaların özləri var. Mumiyaların nə üçün sarkofaqdan kənarda basdırıldığı barədə məlumat verilmir.

Mumiyalardan ikisinin ağzında dil formalı qızıl boşqab var.

Bugün TV

Oxşar xəbərlər

Politoloq: İran nüvə silahı əldə edə bilər

Aynur Camal

Hücumlar Qəzzada zeytun istehsalını 90 faiz azaltdı

Aynur Camal

Bu il isti hava səbəbindən 600-dən çox insan öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu