Bugun.tv xəbər verir ki, Kocaeli D100 şosesi ilə hərəkət edən yük maşını baryerləri keçərək qarşı zolağa çıxıb. Qəza səbəbindən nəqliyyatın hərəkəti dayanıb. Ankara istiqamətində hərəkətdə olan, nömrəsi və sürücüsü məlum olmayan yük maşını baryerlərə çırpılaraq qarşı zolağa keçərək dayana bilib.
TRT Haber-in məlumatına görə, qəza ilə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sürücünün vəziyyəti ilə bağlı məlumat verilməsə də, yük maşınının yolu bağlaması səbəbindən hərəkət dayanıb. Yük maşını çıxarıldıqdan sonra yol yenidən hərəkət üçün açılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.