Baş xəbərDünya

Baş çavuş RQD-5 əl qumbarasını partladıb-ölənlər var

Xarici Xəbərlər. 

  Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib. Üç hərbçi ölüb, 16 nəfər yaralanıb.

    Bugun.tv Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.

  Bildirib ki, yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb. Faktla bağlı cinayət işi açılıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Tramp: İranın uranı zənginləşdirməni dayandıracağına 100 faiz əminəm

Aynur Camal

Mercedes 144 min avtomobili geri çağırır: səbəb məlum oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu