Image default
Hadisə

Paytaxtda ikimərtəbəli evdə yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli evdə  yanğn baş verib. Ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 m² olan bir otaqda lambirdən ibarət tavan 10 m² sahədə və 1 ədəd divan yanıb.

Yüksək temperaturdan evin dam örtüyünün taxtaları 5 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bugun.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN)  mətbuat xidməti məlumat yayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Bugün TV

Oxşar xəbərlər

Meşə yanğını faciəsi: 12 nəfər həyatını itirdi

Aynur Camal

Ayaqqabı fabrikində baş verən yanğında azı 28 nəfər həlak oldu

Aynur Camal

Mənzildə baş verən yanğında eyni ailədən 5 nəfər həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu