32 C
Baku
19 İyul 2025, 14:58
Baş xəbər

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət etdi

Bugun.tv xəbər verir ki, hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırıb.

Bununla bağlı, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Bildirilir ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara qeyri-şərtsiz əməl etməyi tələb edir.

“Qeyri-iş günlərində avtomobil yollarında hərəkət intensivliyinin artdığını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də nömrə nişanlarının təmizliyinə nəzarət etməlidirlər. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik”, – müraciətdə qeyd olunub.

Teymur Əziz

Oxşar xəbərlər

130 qoyun uçurumdan atılaraq ölüb

Bugün TV

BMT: İsrailin hücumuna məruz qalan Livandan Suriyaya 250 min insan keçdi

Aynur Camal

ABŞ İsrailə 20 000-dən çox tüfəng göndərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu