Baş xəbərİdman

“Laçın mini futbol” klubu 33 illik ayrılıqdan sonra Laçında yaşıl meydana çıxır

Bugun.tv xəbər verir ki, aprelin 14-də, saat 15:00-da Laçın Şəhərində “Laçın mini futbol” komandası ilə Masazırın “Azər Duz” komandası qarşılaşacaq.

Bu barədə Milli.Az-a açıqlamasında “Laçın mini futbol” klubunun rəhbəri, MMA döyüşçüsü Elçin Hüseynov deyib.

“Dörd il əvvəl yaratdığım “Laçın mini futbol” klubu bir çox uğurlara imza atıb. 2023-2024 mövsümündə futbolun həvəskarlar liqasında 24 komandadan ibarət turnirdə finala vəsiqə qazanmışıq. 33 illik ayrılıqdan sonra Müzəffər Ordumuzun azad etdiyi torpaqlarda təşkil ediləcək ilk oyun, ölkənin idman həyatı, eyni zamanda doğma yurdlarına qayıtmış laçınlılar üçün əhəmiyyətli və çox maraqlı hadisəyə çevriləcək”, deyə E.Hüseynov bildirib.

Qeyd edək ki, “Laçın mini futbol” klubu 1/8-də birdə “Ultra”, 1/4-də Zabratın “Azilon” ,1/2-də isə “Bakutex” komandasını meğlub edərək finala çıxıb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İşsiz qalan şəxslərin kredit borcu sığorta hesabına ödənilə bilər

Aynur Camal

FHN əməkdaşı DİN-in cüdo üzrə açıq çempionatının qalibi olub

Aynur Camal

Hindistan və Azərbaycan arasında mədəni əlaqələr rəsm sərgisi və ədəbi tədbirlə qeyd olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu