Dünya

Baş nazirə ABŞ Konqresindəki yəhudilər etiraz etdi

ABŞ Konqresinə qatılan yüzlərlə yəhudi Konqresdə çıxış etmək üçün Vaşinqtonda olan Netanyahuya etiraz edib.

Yüzlərlə yəhudi fəal Netanyahuya və İsrail hökumətinin Qəzzaya hücumlarına etiraz etmək üçün ABŞ Konqresinin binasına toplaşıb.

Nümayişçilər yerdə “Atəşkəs indi” yazılmış pankartlarla Qəzzada atəşkəs tələblərini dilə gətirib, “Yaşasın Qəzza”, “Fələstini azad edin”, “Soyqırımı dayandırın” kimi şüarlar səsləndiriblər.

Əllərində İsrailin silahlanmasına son qoyulmasını tələb edən pankartlar da tutan nümayişçilər tez-tez Netanyahu əleyhinə şüarlar səsləndirib və dərhal atəşkəsə çağırıblar.

Bugün də Konqresin birgə iclasında çıxış edəcək Netanyahuya qarşı Vaşinqtonda nümayişlərin keçiriləcəyi gözlənilir.

Mənbə: Haber Global

Bugün TV

Oxşar xəbərlər

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

ABŞ Senatı Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu