30 C
Baku
27 İyul 2025, 18:51
İqtisadiyyat

Baş nazir Əli Əsədov qərar imzalayıb

Nazirlər Kabineti tərəfindən “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi” yeni redaksiyada təsdiqlənib.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının TƏRKİBİ:

Komissiyanın sədri: Orxan Nəzərli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.

Komissiyanın sədrinin müavini: İlkin Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.

Komissiyanın üzvləri: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi;

Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru; “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.

Aynur Camal

Oxşar xəbərlər

Marmarabirlik məhsul alış qiymətlərini açıqladı

Bugün TV

Ərdoğan: “Nüvə yanacağı aprelin 27-də Akkuyu AES-in ilk enerji blokuna yüklənəcək”

Nigar Məmmədova

Çörəyin qiyməti arta bilərmi? -EKSPERTDƏN AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu