16 C
Baku
28 Mart 2024, 13:56
Baş xəbərDünya

“Qaz kəmərində təxribat törətməyi planlaşdıran diversantlar saxlanılıb və həbs edilib”

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib ki, “Türk axını” qaz kəmərində təxribat törətməyi planlaşdıran diversantlar saxlanılıb və həbs edilib.

Bugün.tv-nin  TASS-dan əldə etdiyi məlumata görə, prezidentin mətbuat katibi vurğulayıb ki, “bu, ölkələrarası  işlək , güclü, saat kimi çalışan qaz kəmərinə qarşı terrordur”.

 “Onlar artıq “Türk axını”na müdaxilə ediblər. Təxribatçıların  bir neçə nəfəri həbs edilib, Rusiya ərazisində bizim obyektimizi partlatmaq istəyiblər”, – o deyib.

Peskov vurğulayıb ki, “bu, funksional vəziyyətdə qalan, tam yüklənmiş, saat kimi işləyən qaz xəttimizə qarşı müdaxilədir”. O, həmçinin qeyd edib ki, “bu işdə müəyyən qüvvələr var, Putin bu qüvvələrin mümkün mənşəyi ilə bağlı eyhamlar verib”. “Bu eyhamları şərh etmək sizin ixtiyarınızdadır”, – Kreml sözçüsü yekunlaşdırıb.

  Xatırladaq ki, bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə dövlət başçısı Vladimir Putin Ukraynada hərbi komandanlıq, enerji və rabitə obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirildiyini elan edib. Beləliklə, Moskva da Ukrayna hakimiyyətinin hərəkətlərinə cavab verib. Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, Kiyev uzun müddətdir ki, terror üsullarından istifadə edir, o cümlədən “Türk axını” qaz kəmərinin bir hissəsinin zədələnməsi cəhdi, Zaporojye AES-ə hücumlar və Kursk AES-ə qarşı üç terror aktı baş verib.

 Çərşənbə günü baş nazirin müavini Aleksandr Novak isə deyib ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən insidentlərdən sonra “Türk axını” qaz kəmərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Aynur Camal

Oxşar xəbərlər

Britaniya uzaqmənzilli qanadlı raketləri Ukraynaya göndərir

Aynur Camal

Məhbus koloniyada terrorizm ideyalarını yaymaqda günahlandırıldı

Aynur Camal

İndoneziya Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq edəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu