Dünya

Başlıq: Tramp: İranın mediaya sızdırdığı şərtlərin razılaşdırılmış şərtlərlə əlaqəsi yoxdur

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump ABŞ ilə İran arasında yekun mərhələyə çatdığı bildirilən sazişlə bağlı şərtlərin mediaya sızdırılması məsələsində Tehranı ittiham edib.

Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın bəzi məlumatları təhrif edərək mediaya ötürdüyünü iddia edib.

ABŞ lideri bildirib ki, “İranın saxta xəbər mənbələrinə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur. Onların saziş əldə edildiyinə dair zəif və acınacaqlı açıqlamaları da daxil olmaqla söylədikləri heç nə reallığı əks etdirmir”.

Tramp həmçinin İranın Hörmüz boğazından çıxan Hindistana məxsus gəmilərə pilotsuz uçuş aparatları ilə hücum etdiyini və həmin hücumun dəf edildiyini iddia edib.

ABŞ Prezidenti bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq İranı məsuliyyətli davranmağa çağırıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ-ın İran əməliyyatına çəkilən xərclər gələcəkdə dəfələrlə geri qaytarılacaq

Aynur Camal

Putin: Rusiya 3 metrdən qalın buzları yaracaq yeni buzqıran gəmi inşa edir

Aynur Camal

Putin Rusiya ordusunun sayını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu