11 C
Baku
3 Dekabr 2025, 22:17
Baş xəbər

Basqalda iki il öncə yenilənən asfalt yolda çatlar əmələ gəldi

İsmayıllı rayonu ərazisində yerləşən Basqal qəsəbəsində iki il bundan öncə yenilənən asfalt yolda çatlar əmələ gəlib.

Bugun.tv xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sözügedən avtomobil yolunda irili-xırdalı çatlar əmələ gəlib. Bu da nəqliyyat vasitələrinin hərəkətinə qismən problem yaradır və çatlar dərinləşməkdə davam edir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən yol 2021-ci ildə yenidən qurulub:

“Layihənin uzunluğu 25 kilometrdir. Yol üzərində cəmi bir-neçə nöqtədə sürüşmə əraziləri mövcuddur. Həmin ərazilər agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır, qabaqlayıcı tədbirlər görülür. Gediş-gəlişdə hər-hansı bir problem yaşanmır. Hava şəraitinə görə yaxın müddət ərzində həmin nöqtələrdə təmir işləri aparılacaq”.

Bugün TV

Oxşar xəbərlər

Çavuşoğlu: “Zəfərlərin daim olsun, Can Azərbaycan!” – FOTO

Bugün TV

Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz – Baş nazir

Aynur Camal

“İsrail səhiyyəsi ilə əlaqələr öz töhfəsini verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu