Digər

İsveçrə Ukraynaya 96 Leopard 1 tankını verməkdən imtina etdi

İsveçrənin Federal Şurası “Ruag AG” dövlət müdafiə şirkətinin 96 Leopard 1 A5 tankının Ukraynaya təkrar ixracı üçün Almaniyanın “Rheinmetall” şirkətinə satılmasına razılıq verməsi xahişini rədd edib.

Bugun.tv xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar İsveçrənin neytral statusu ilə əsaslandırılıb.

“İFederal Şura “Ruag AG” şirkətinin Ukraynaya təyinatlı 96 Leopard 1 A5 tankının ixracı ilə bağlı müraciətini qüvvədə olan qanunlara zidd olduğu üçün rədd etdi. Buna görə də o, İsveçrənin neytral ölkə kimi öhdəliklərinə və qanunun aliliyinin tətbiqinin etibarlılığına üstünlük verib”, – bəyanatda deyilir.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu