Baş xəbərHadisə

Batan qayıqda olan 5 nizamsız immiqrant həyatını itirdi

Bugun.tv xəbər verir ki, İzmirin Çeşmə rayonunda batmış rezin qayıqda 5 qeyri-qanuni mühacir həyatını itirib. Sahil Təhlükəsizlik Komandanlığından verilən açıqlamaya görə, Kleopatra körfəzində qeyri-qanuni mühacirləri daşıyan rezin qayığın batması xəbəri üzərinə Sahil Təhlükəsizlik qrupları bölgəyə sövq edilib.

TRT Haber-in məlumatına görə, Qeyri-qanuni immiqrantlardan 5-nin öz imkanları ilə eniş etdiyi, dənizdə olan 1 nəfərin isə Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edildiyi müəyyən edilib. Qruplar 4-ü dənizdə, 1-i quruda olmaqla 5 nəfərin meyitini tapıb.

Qeyri-qanuni mühacirlərin rezin qayıqda batmazdan əvvəl 13 nəfərin olduğunu bildirməsinin ardından itkin düşən 2 nəfərin tapılması üçün axtarışlara başlanılıb.

Dənizdə və quruda vertolyot dəstəyi ilə davam edən axtarış işlərinə Sahil Mühafizə Dalğıc Qrupunun da qatıldığı bildirilib.

Aynur Camal

Oxşar xəbərlər

“İsrail və İran daxilindəki qüvvələr ABŞ-İran razılaşmasına qarşı çıxır”

Aynur Camal

Ceyhun Məmmədov Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Aynur Camal

15 İyun – Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu