24 C
Baku
10 Sentyabr 2025, 3:26
Baş xəbərHadisə

Batmış gəminin itkin düşmüş 7 ekipaj üzvü 22 gündür ki, axtarılır

Bugun.tv xəbər verir ki, Zonguldak sahillərində batan quru yük gəmisinin itkin düşən 7 nəfərlik heyətinin axtarışları 22 gündür davam edir. Noyabrın 19-da Qara dəniz Ereğli rayonunda fırtına nəticəsində dalğaqırana çırpılaraq batan Türkiyə bayraqlı “Kafkametler” gəmisində itkin düşən personalın axtarışları çərçivəsində polis əməkdaşları gecə boyu quruda axtarış aparıblar.

TRT Haber-in məlumatına görə, sahil Mühafizəsi, Sahil Təhlükəsizliyi Baş İdarəsi (KEGM), AFAD və digər qruplar itkin düşən personalın qurudan və dənizdən axtarışlarını davam etdirir. Dəniz Baza Komandanlığının personalı gəmilərlə limanın daxilindəki sahilyanı əraziləri araşdırarkən, Sahil Mühafizəsi qrupları da limanın daxilində və xaricində axtarış aparır.

Gəmi qəzalarına, dəniz çirklənməsinə və yanğınlara qarşı KEGM-in əməliyyat gücünü artıran Nene Hatun gəmisi də işə dəstək verir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Zəncirvari qəza: 4 yaralı

İntizar Əmirova

Restoran işçisi qətlə yetirildi

Kəmalə Sultan

Siz pişik balası kimi yatacaqsınız – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu