7 C
Baku
23 Fevral 2026, 21:03
Digər

Bavariyada qatar avtomobilə toqquşub, iki nəfər öldü

Bugun.tv “Bild” qəzetinə istinadla xəbər verir ki, gecə saatlarında İnqolştad şəhərindən gələn qatar dəmir yolu keçidi üzərində “Mercedes” markalı avtomobili vurub. Zərbənin təsirindən avtomobil 25 metr məsafədəki yamaca düşüb və nəqliyyat vasitəsinin hissələri 100 metr məsafəyə səpələnib. Qəza nəticəsində avtomobildə olan 23 yaşlı sürücü və sərnişin həlak olublar. Onların hadisə anında öldükləri ehtimal edilir. Qatardakı 15 sərnişin və bələdçi xəsarət almayıb. İlkin məlumatlara görə, siqnalizasiyanın işə düşməsinə və qırmızı işığın yanmasına baxmayaraq, avtomobil relslərin üzərinə – yaxınlaşmaqda olan qatarın qarşısına çıxıb. Regional qatar əyləci işə saldıqdan təxminən 600 metr sonra dayana bilib. Qəza ilə bağlı araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu