Baş xəbərHadisə

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verdi

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də İndoneziyanın Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda baş verib. 50 minə yaxın insanın yaşadığı şəhərdə baş verən zəlzələ Yerin 10 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Təxminən bir saat əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alıb . Zəlzələnin episentri 500 mindən çox insanın yaşadığı Kaqosima şəhərindən 128 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə yerləşib.

Bugün TV

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Məktəbdə silahlı hücum: 14 yaşlı yeniyetmə 7 nəfəri öldürdü

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu