25 C
Baku
3 İyul 2025, 11:44
Baş xəbərDünya

Bayden: İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmirəm

ABŞ prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və Tehranın “proporsional şəkildə” cavab verməli olduğunu bildirib.

ABŞ prezidenti Bayden Helene qasırğasının vurduğu iki ştatdan Cənubi Karolina və Şimali Karolinanı ziyarət etmək üçün təyyarəsinə minməzdən əvvəl mətbuat mənsubları ilə birlikdə Yaxın Şərqdəki son vəziyyəti qiymətləndirib.

Sualın cavabında Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib.

İsrailli həmkarları ilə danışıqlarının davam etdiyini və İrana necə cavab verəcəklərini müzakirə etdiklərini bildirən Bayden, həmçinin bu gün G7 liderləri ilə ortaq telekonfransda danışdıqlarını və İsrailin “proporsional şəkildə” cavab verəcəyinə razılaşdıqlarını qeyd edib.

Bayden İranın son hücumlarından sonra “İran relsdən xeyli uzaqlaşıb” deyə şərh edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

654 kq kristal və maye metamfetamin aşkarlandı

Teymur Əziz

WhatsApp-a yeni funksiya – Faylları paylaşmaq mümkün olacaq

Aynur Camal

Qarın qalınlığı 2 metrəyə çatdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu