26 C
Baku
24 Sentyabr 2026, 11:13
Co Bayden göstəriş verdi
DünyaHadisə

Bayden istilərlə mübarizə aparmaq üçün tədbirlərə başladı

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden ölkəni bürüyən həddindən artıq isti havanın mənfi təsirləri ilə mübarizə üçün bir sıra yeni addımlar atacaqlarını açıqlayıb.

Ağ Evdə keçirdiyi mətbuat konfransında iqlim dəyişikliyinin “ekzistensial təhlükə” olduğunu deyən ABŞ Prezidenti, “Artıq heç kimin iqlim dəyişikliyinin təsirini inkar edə biləcəyini düşünmürəm”, – deyib.

Bayden misal olaraq həddindən artıq istilər, quraqlıq, tufanlar və yanğınlar nəticəsində havanın keyfiyyətinin pisləşməsini göstərib. Hava hadisələri nəticəsində ölümlərin bir nömrəli səbəbinin temperatur olduğunu bildirib.

İşçiləri təhlükəli hava şəraitindən qorumaq üçün Əmək Nazirliyindən temperaturla bağlı təhlükə xəbərdarlığı verməsini istədiyini qeyd edən Bayden, işçilərin təhlükəli şərtlərdən qorunmadığı təqdirdə işə qarışacağını bildirib.

Tikinti və kənd təsərrüfatı kimi yüksək riskli sektorlarda da yoxlamaların artırılacağını söyləyən Bayden, ABŞ Meşə Xidmətinin istilərin qarşısını almaq üçün şəhər və qəsəbələrdə ağac əkməyə1 milyard dollardan çox qrant verəcəyini açıqlayıb.

Bayden, həmçinin binaları daha istiliyə davamlı etmək, soyutma mərkəzlərini və su saxlama qabiliyyətini artırmaq üçün bir sıra addımlar atılacağını ifadə etdi və Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hava şəraitini yaxşılaşdırmaq üçün universitetlər və digər qurumlarla əməkdaşlığı inkişaf etdirəcəyini vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu