25 C
Baku
27 İyul 2024, 4:29
Dünya

Baydenin oğlu Hunter 25 il müddətinə azadlıqdan məhrum edildi

Baydenin oğlu Hunter hakim qarşısına çıxdı! O, 25 il müddətinə azadlıqdan məhrum edilə bilər!

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin narkotik maddənin təsiri altında olarkən silah almaqda ittiham olunduğu məhkəmə prosesi münsiflər heyətinin seçilməsi ilə başlayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri zamanı münasibətdə olduğu yaşlı kinoaktrisa Stormi Danielsə “susmaq haqqı” ödəməkdə və ödənişi ört-basdır etmək üçün rəsmi qeydləri saxtalaşdırmaqda təqsirli bilinməsinin əks-sədası davam etsə də, bu, ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden isə hakim qarşısına çıxdı.

Hanter Baydenin narkotikin təsiri altında olarkən silah almaqda ittiham olunduğu iş Delaver Rayon Məhkəməsində başlayıb. İlk məhkəmə prosesində əvvəlcədən seçilmiş Delaver ştatının təxminən 250 sakininə münsiflər heyətində qərəzsiz xidmət göstərə biləcəklərini müəyyən etmək üçün müxtəlif suallar verilib. Bir çox münsif namizədi Baydeni tanıdıqları, güclü siyasi meylləri olduğu və ya ailə üzvlərinin narkomaniya ilə mübarizə apardıqları səbəbiylə qərəzsiz ola bilməyəcəklərini bildirərək sıradan çıxarılsa da, məhkəmə 6 qadın və 6 kişi Delaver sakinini jüri olaraq seçdi. İşlə bağlı yol xəritəsi olan təlimatları and içən andlı iclasçılara oxuyan hakim Maryellen Noreika, sabahkı iclasda açılış ifadələrinin başlayacağını açıqladı.

ABŞ prezidenti Co Bayden oğlu Hunter Baydenə qarşı açılan dava ilə bağlı yazılı açıqlama yayıb. “Mən prezidentəm, həm də atayam. “Jill və mən oğlumuzu sevirik və onunla fəxr edirik” deyən Bayden, Hanter Baydenin çətinliklər qarşısında dayanıqlığının onları ruhlandırdığını əlavə etdi: “Prezident olaraq davam edən federal işlərə münasibət bildirmirəm və etməyəcəyəm.  Bir ata olaraq oğluma qarşı sonsuz sevgim var” deyib

Qardaşı Beau Baydenin 2015-ci ildə beyin xərçəngindən ölməsindən sonra narkotik və spirtli içkilərə müraciət etdiyi bilinən Hunter Bayden 2018-ci ildə narkotik asılılığının məngənəsində ikən Delaver ştatında odlu silah almaqda günahlandırılır. Hunter Baydenə qarşı ittihamlara federal lisenziyalı silah satıcısına yalan danışmaq, silah alarkən yalan ifadələr vermək və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaq daxildir. Bildirilir ki, Hunter Bayden işin sonunda 25 ilə qədər həbs cəzasına məhkum edilə bilər ki, bu da ABŞ-ın vəzifədə olan prezidentinin oğlunun ilk dəfə hakim qarşısına çıxması olduğu üçün vacibdir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada baş verən qarşıdurmalarda 4 İsrail əsgəri həlak oldu

Kəmalə Sultan

Gürcüstanın hakim partiyasının fəxri sədrinə yeni səlahiyyətlər verildi

İntizar Əmirova

Məscidin imamı səhər namazını qılarkən bıçaqlandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu